Tarix : 2018 Jun 08
Kod 55490

İordan çayının qərb sahilində bir fələstinli gənc şəhid olub

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində Ramullah şəhərinin şimalında bir fələstinli gənci güllələyərək şəhid ediblər.
Arannews-Əl-Əhd internet portalının verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bu gün fələstinli gənc Əbdül-Həfiz Əttəmiminin şəhid olması xəbərini təsdiqləyib. 

Sionist rejim hərbçiləri bu fələstinli gənci 2 metr məsafədən3 güllə ilə başından hədəfə alıblar, sonra isə onu elə bir durumda buraxaraq tibbi yardım qrupuna ona yaxınlaşma imkanı verməyiblər. 

Sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilində Şəfat düşərgəsinə hücum edərək fələstinlilərlə toqquşublar və bir neçə fələstinli gəncin üzərinə atəş açaraq onları yaralayıblar. 

Sionist hərbçilər 30 martdan bəri 130 fələstinlini şəhid ediblər, minlərlə fələstinlini yaralayıblar.


  • Yazılıb
  • da (də) 2018 Jun 08
  • Göndərən مدير سايت Aran News