Tarix : 2018 Jun 10
Kod 55513

Prezidentliyə namizəd həbsxanadan canlı yayıma çıxacaq

Türkiyənin Ədalət Məhkəməsi prezidentliyə namizəd Səlahəddin Dəmirtaşın 10 dəqiqəlik canlı yayım çıxışlarını həbsxanadan etməsi ilə bağlı qərar çıxarıb.

Arannews-Sözcü-yə istinadən bildirilir ki, HDP-nin həmsədrlərindən biri olan Səlahəddin Dəmirtaş seçki öncəsi çıxışlarını Ədirnə həbsxanasında qurulacaq studiyadan edəcək.Məhkəmə Dəmirtaşın 24 iyun seçkilərinə qədər cəzaçəkmə yerinin Ankaraya dəyişdirilməsi qərarını isə rədd edib.


  • Yazılıb
  • da (də) 2018 Jun 10
  • Göndərən مدير سايت Aran News