Tarix : 2018 Jun 10
Kod 55514

İsmayıl Həniyyə: Qüdsə qarşı olan bütün planlar sonda məğlub olacaq

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədri Qayıdış Haqqı yürüşlərinin sionistlər ilə mübarizədə iradənin qələbə çalmasının nişanəsi adlandırıb.

Arannews-Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsmayıl Həniyyə deyib: Qayıdış Haqqı yürüşü bəsirət meydanında qələbə çalmaq mənasındadır və bu aksiyalar fələstinlilərin öz torpaqlarına qayıdış haqqını və Fələstin məsələsini yenidən gündəmə gətirmiş olub.İsmayıl Həniyyə əl-Aləm kanalına verdiyi müsahibədə də deyib: Qüds Gününü qeyd etmək Qüdsün fələstinlilərin, ərəblərin və müsəlmanların əlindən alınmasına hesablanmış bütün planların sonunun məğlubiyyət olmasına dəlalət edən faktdır.Minlərlə fələstinli "Torpaq Günü" adlandırılan 30 mart tarixindən balayaraq, Qəzzənin işğal edilmiş Fələstin torpaqları arasındakı sərhədlərində Qayıdış Haqqı yürüşlərinə başlayıblar. İndiyə kimi bu yürüşlərdə 130 fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilib. Yaralı sayı isə 14 min nəfəri ötüb.Qayıdış Haqqı yürüşü Fələstin xalqının İsrail rejiminə qarşı mübarizəsinin bir parçasına çevrilib.


  • Yazılıb
  • da (də) 2018 Jun 10
  • Göndərən مدير سايت Aran News