Tarix : 2018 Jun 10
Kod 55515

Müqtəda Sədr İraqda kütləvi tərksilah prosesinin başlanmasını təklif etdi

İraqda Sədr cərəyanının rəhbəri ölkədə kütləvi tərksilah prosesinin başladılması ilə bağlı planını açıqlayaraq, Daxili İşlər Nazirliyinə Fitr bayramından sonra tərksilah prosesinə elə Sədr qəsəbəsindən başlamasını təklif edib.

Arannews-Əl-Aləm kanalının verdiyi məlumata görə, Bağdadın Sədr qəsəbəsində partlayışın baş verməsi və onlarla nəfərin ölməsinin ardınca Müqtəda sədr bir bəyanat yayaraq, deyib: Ölkənin gücləndirilməsi və silahın İraq ordusu və polis qüvvələrinin inhisarına daxil edilməsi məqsədi ilə kütləvi tərksilah prosesinə başlanmasını təklif edirəm.Ötən çərşənbə günü İraqın Sədr qəsəbəsində bir silah anbarında partlayışın baş verməsi nəticəsində 18 nəfər ölüb, onlarla nəfər də yaralanıb. 

İraqın baş naziri Heydər Əl-İbadi cümə axşamı bu hadisənin səbəblərinin araşdırılması barədə göstəriş verərək, hadisəyə görə məsuliyyət daşıyanlar barədə qanuni tədbirlərin görülməsini istəyib. 

Müqtəda Sədrin bəyanatının ardınca İraqın Daxili İşlər Nazirliyi bildirib: Daxili işlər naziri Qasım Əl-Üruci şəxsən Müqtəda Sədrin təklifini müsbət qarşılayıb.


  • Yazılıb
  • da (də) 2018 Jun 10
  • Göndərən مدير سايت Aran News