Tarix : 2018 Jun 10
Kod 55516

İranın Bakıdakı səfiri: Qüds Gününə əhəmiyyət verməsək, müsəlmanların digər torpaqları da işğal ola bilər

İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə deyib: “Qüdsü müdafiə etmək, insan azadlığını və şərafətini müdafiə etməkdir.”
AranNews-in “İRNA”-ya istinadla verdiyi xəbərə görə, İranın Bakıdakı mədəniyyət attaşesinin 
təşəbbüsü ilə cümə günü “Qüds, İslamın vəhdət və izzəti rəmzi” mövzusunda toplantı keçirilib. 
Toplantıda İranın Azərbaycan Respublikasındakı səfiri çıxış edib. Səfir deyib: “Əgər Qüds 
gününü dərk etməsək və onun əhəmiyyətinə diqqət yetirməsək, müsəlmanların digər torpaqları 
da işğal ola bilər.”
C. Cahangirzadə vurğulayıb: “Qüdsü unutmaq, işğal olmuş digər İslam torpaqlarını da unutmaq 
deməkdir.”
Səfir İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r) mübarək Ramazan ayının 
axırıncı cümə gününü “Qüds Günü” adlandırmasının səbəbini də izah edib və müsəlmanlar 
arasında vəhdətin əhəmiyyətini xatırladıb.
İranın Azərbaycan Respublikasında səfirliyinin mədəniyyət attaşesi də toplantıda çıxış edərək, 
Qüdsün İslam aləmi üçün əhəmiyyətindən danışıb, müsəlmanlar arasında vəhdətin zəifləməsini 
Fələstin xalqı üçün böyük zərbə olduğunu deyib.
Əsğər Farsi müsəlmanların ilk qibləsinin azadlığı üçün İslam ümməti arasında vəhdətin zəruri 
olduğunu vurğulayıb.
Mədəniyyət attaşesi Qüdsü İslam ümmətinin müqavimət simvolu adlandırıb, sionistlərin İslam 
dövlətləri və xalqları arasında nifaq və təfriqə salmasına toxunaraq deyib: “İslam düşmənləri 
həmişə müsəlmanların birliyinin və vəhdətinin əleyhinə olublar. Onların bu istiqamətdə 
fəaliyyətlərindən biri də İŞİD və Taliban kimi terrorçu qrupları yaratmalarıdır.”
Ə. Farsi dünyanın bütün azad insanlarını Fələstinin məzlum xalqına dəstək verməyə səsləyərək 
deyib: “Sionistlərin vəhşi cinayətlərinə və soyqırımına qarşı əməli addımlar atmaq lazımdır.”
Toplantıda Azərbaycan Respublikasının bir sıra tanınmış elmi-dini şəxsiyyətləri, o cümlədən 
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu, Bədii 
Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA Fəlsəfə İnistitunun direktor müavini 
professor Qabil Camalzadə, yazıçı, tərcüməçi və fəlsəfə elmləri doktoru Mail Yaqub, 
Azərbaycanın tanınmış şərqşünası, tarix elmləri doktoru, professor Solmaz Tohidi, tarixçi, 
şərqşünas və şair Şahin Fazil çıxış ediblər.

  • Yazılıb
  • da (də) 2018 Jun 10
  • Göndərən مدير سايت Aran News