Tarix : 2018 Jun 10
Kod 55517

Sionizm əleyhdarları olan yəhudilər Qüds aksiyalarında - Onlar kimdir

Ötən gün ramazanın son cüməsi dünyanın 80-dən artıq ölkəsində müsəlmanlar və eləcə də bəzi Avropa dövlətlərində xristianlar və yəhudilər sionizmə qarşı etiraz aksiyaları keçirib və israilin fələstinlilərə təcavüzünü pisləyiblər. Beynəlxaq Qüds gününə qatılan cəmiyyətlərdən biri də Ordodoks yəhudilərin “Neturey Karto” cərəyanının üzvləridir.

Arannews-İslaminSesi.info xəbər verir ki, Ordodoks yəhudilərin “Neturey Karto” cərəyanının üzvləri ötən gün Qüdslə bağlı bəzi Avropa dövlətlərində keçirilən aksiyalara qatılıblar və sionist İsrailin fələstinlilərə qarşı təcavüzlərini pisləyiblər. 

Qeyd edək ki, Ordodoks yəhudilərin “Neturey Karto” cərəyanı 1938-ci ildə yaranıb. O zamanlar Fələstin ərazilərinə yəhudilərin kütləvi şəkildə köç etməsi və yeni Sionist dövlətinin təsisinin əlamətlərinin görünmsi zamanına təsadüf edirdi. Yəhudi “Neturey Karto” cərəyanının üzvləri bildirilər ki, sionistlər əslində yəhudi deyillər və öz məşum məqsədlərinə çatmaq üçün yəhudi dinindən sui-istifadə edir və fələstinlilərə qarşı zülmlərinə müxtəlif dini yollarla bəraət qazandırırlar. Onlar deyir ki, yəhudilərə vəd verilən ərazi üçün və onun üzərində dövlət yaratmaq üçün kimsənin fələstinlilərə zülm etməyə haqqı yoxdur. Həm də ona görə ki, yəhudilər Əhdi–qədimdə tövrata əməl etmədiklərinə görə cəzalandırlırlar və onların cəzası ancaq digər ölkələrdə qalmaqdan ibarətdir. 

İslaminSesi.info ötən günkü Qüds günü aksiyalarına qatılan Ordodoks yəhudilərin “Neturey Karto” cərəyanının üzvlərinin görüntülərini təqdim edir:

  • Yazılıb
  • da (də) 2018 Jun 10
  • Göndərən مدير سايت Aran News