İyunun 9-u və 10-da Çinin Sindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının 18-ci zirvə toplantısı keçirilib. Builki zirvə toplantısındatəşkilatın daimi üzvləri və 4 müşahidəçi ölkənin prezidentləri habelə, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər
Arannews-Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının təməli 1996-cı ildəqoyulub. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında sərhəd təhlükəsizliyinin təmin olunması və birgə əməkdaşlıq məqsədilə yaradılan təşkilat 2001-ci ildə qədər "Şanxay beşliyi" kimi tanındı. Həmin il Özbəkistanın da təşkilata üzv qəbul olunması ilə "Şanxay beşliyi" adı tarixə qovuşdu. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təşkilatlanmış bir sistemə sahib olaraq beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz qazanmış təşkilata çevrildi. Təşkilatlanma prosesini sürətləndirən və hər ötən il əhatə dairəsini genişləndirənŞanxay Əməkdaşlıq Təşkilatına Pakistan, İran, Monqolustan və Əfqanistan kimi ölkələr üzv olmaq üçün müraciət edib və gözləməmövqeyindədirlər. Bundan başqa Türkiyə, Belarus və Şrilanka isə dialoq ortağı statusunda təşkilatda yer alırlar. Daxil olan məlumata əsasən, təhlükəsizlik, regional sabitlik, terrorizm və ekstremizm ilə mübarizə, eləcə də iqtisadi əməkdaşlıqların genişləndirilməsi 18-ci sammitdə ölkə başçıları arasında müzakirə olunuan əsas mövzuları təşkil edirdi. Sindao iclasında İran İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü olaraq müstəqil və mötəbər bir şərik kimi regional və beynəlxalq iqtisadi həmkarlıqları genişləndirməyəhazırlığını elan edib. İran prezidenti Həsən Ruhani bununla əlaqədar sammitdə etdiyi çıxışında bildirib ki, daha əmin-aman, daha stabil, daha mütərəqqi və daha rövnəqli bir region üçün uzunmuddətli ortaq maraq və xüsusiyyətlər region səviyyəsində anlaşma və iş gündəminin əsası kimi götürülməlidir. İran İslam Respublikası prezidenti həmçinin deyib: Terrorizm, separatçılıq və ekstremizm dünyanın müxtəlif məntəqələrini, xüsusən Mərkəzi Asiya və Qərbi Asiyaya şamil olan ətraf region və bölgələri öz təsirləri altına alıblar. Və İran bu problemlərin aradan qaldırılmasnda yardımçı ola bilər.Onun sözlərinə görə, İran ötən onilliklərdə öz daxilində və ətraf məntəqələrində nəhs terrorizm fenomeni ilə mübarizədə dəyərli təcrübələr qazanıb və həmin təcrübələri dost ölkələrin ixtiyarında qoymağa hazırdır. Məlum olduğu kimi Şanxay Əməkdaşlıq Təşkilatı İranın potensiallarını və regionda aparıcı dövlətə çevrildiyinə xatir ona strateji tərəfdaş kimi yanaşır və bu barədə Rusiya dövlət başçısı Vladimir Putin İranın sözü gedən təşkilata tamhüquqlu üzv kimi daxil olmasını dəstəkləyib. Bu açıqlama heç şübhəsiz dünya dövlətlərinin İranla münasibətlərində ABŞ-ın təzyiq siyasətinə qarşı olduqlarına dəlalət edir. Hal-hazırda Avropa Birliyi ölkələrininardınca şərq ölkələri tərəfindən sərgilənən açıq mövqe onu deməyə əsas verir ki, Birləşmiş Ştatların birtərəfli qərarlar çıxardığı, rəqiblərinə qarşı ticarət müharibəsi apardığı və düşənlərinə qarşı sanksiya silahı ilə xox gəldiyi bir məqamda əksər dövlətlər ölkələrin daxili işlərinə qarışmama, xarici siyasətdəmüstəqil qərar vermə, qarşılıqlı hörmət və suveren hüquqlara riayət edilməsi prinsiplərinə sadiqdirlər. Şanxay Əməkdaşlıq Təşkilatında da bu prinsiplərə ələlxüsus da beynəlxalq hüquq və normalara hər bir dövlətin əməl etməli olduğu istənilir. Ona görə də müşahidəçilər hesab edirlər ki, bu təşkilat faktiki olaraq ABŞ-ınhegemonçuluğuna qarşı dirəniş göstərənlər sırasındadır. Bununüçün təşkilat ilk növbədə öz sıralarını genişləndirməyi qarşısına məqsəd qoyub. Lakin sirr deyil ki, təşkilatın sıralarının bu cür genişlənməsi ABŞ-da ciddi narahatçılıq və təşviş yaradır.