Tarix : 2018 Jun 11
Kod 55521

Əsəd: Suriyada münaqişənin həllinə Qərb mane olur

Suriya prezidenti Bəşşar Əsəd "Daily Mail"ə müsahibəsində bildirib ki, Qərb dövlətləri Suriyadakı münaqişənin uzanmasında cavabdehdirlər.

Arannews-FaktXəbər-in məlumatına görə, Əsəd, "mən həmişə demişəm ki, biz bir ildən az müddətdə münaqişəni həll edə bilərik, bu, çətin deyil. Amma kənardan müdaxilə çətinləşdirir. Biz nə qədər çox irəli gediriksə, terrorçular Qərbdən daha böyük dəstək alırlar", - deyə bildirib.Onun sözlərinə görə, Suriya hökuməti münaqişənin həlli üçün nə qədər siyasi və hərbi planlar həyata keçirsə də, Qərb, xüsusi ilə ABŞ, Böyük Britaniya və Fransa onu uzatmağa çalışır.Xatırladaq ki, Əsəd bir müddət əvvəl RT-yə müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar Suriyanı tərk etməlidir. O əlavə olaraq qeyd etmişdi ki, Suriya ərazisində terrorizm Qərbin dəstəyi ilə hələ mövcuddur.

  • Yazılıb
  • da (də) 2018 Jun 11
  • Göndərən مدير سايت Aran News