Tarix : 2018 Jun 13
Kod 55538

XİN: Azərbaycan münaqişə ilə bağlı danışıqları Ter-Petrosyanın vaxtından bilavasitə Ermənistanla aparır

”Məntiqə uyğun olmayan, tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir”.

Arannews-Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikasinin xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistanın Qarabağın yerinə danışıqlar apara bilməyəcəyinə dair açıqlamasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, hələ Levon Ter-Petrosyan prezident olduğu vaxtdan bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır: “Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır.”

  • Yazılıb
  • da (də) 2018 Jun 13
  • Göndərən مدير سايت Aran News