Tarix : 2018 Jun 13
Kod 55539

Məcburi köçkünlər etiraz aksiyası keçirib

İyunun 12-də büdcə təşkilatlarında çalışmış bir qrup məcburi köçkün Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Aksiya iştirakçıları 2107-ci ilin yanvarından dondurulmuş əmək haqlarının bərpasını və ya işlə təmin edilmələrini tələb ediblər. Etirazçıların nümayəndələri Prezident Administrasiyasının rəsmiləri tərəfindən qəbul edilib.

Arannews-Aksiya iştirakçıları mülki geyimli şəxslər tərəfindən əhatəyə alınıb. Foto, video çəkilişinə imkan verilməyib. 

Məcburi köçkünlər iyunun 5-də eyni tələblərlə Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər. 
Aksiya işrirakçılarından Aynur Məmmədova bildirib ki, Füzuli rayonunda dörd kəndi birləşdirən tibb məntəqəsində işləyib. 
"Hazırda işsizəm. Ötən ilin avqustunda Dövlət Qaçqınkomun qəbulunda oldum, işlə təmin olunacağımı bildirdi. Amma hələ də işlə təmin olunmamışam. Nə torpağımız azad edilir, nə də işlə təmin edilirəm", - o qeyd edib. 
A.Məmmədova iyunun 5-də etiraz aksiyası zamanı onları baş nazirin müavini Əli Əhmədovun qəbul etdiyini bildirirb. 
"Baş nazirin müavini bildirdi ki, araşdırmalar aparılır. Problemimiz həll olunacaq, maaşlarımız ödəniləcək. Amma hələ bir xəbər yoxdur", - o deyib. 
A.Məmmədova etiraz edən insanların ehtiyac içində yaşadığını bildirib. 
"Ehtiyac içində yaşayırıq, gəlirimiz, dolanışığımız yoxdur. Hamı yaşlı insandır". 
O, maaşları dayandırılmış adamların Nazirlər Kabinetini məhkəməyə verdiyini və müsbət cavab almadığını deyib: "Hazırda apellyasiya şikayəti hazırlayırıq". 
A.Məmmədova hesab edir ki, hökumət məcburi köçkünlərin maaşlarını bərpa edə bilər. 
"İndi neftin də qiyməti bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb", - o qeyd edib.
 zərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf rayonlarda büdcə təşkilatlarında işləmiş məcburu köçkün düşmüş insanların əmək haqlarını 2017-ci ilin yanvarınadək ödəyib. Onların sayı 7 min nəfərədək olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onların sayı 6 200 nəfərdir. 
toplum.tv


  • Yazılıb
  • da (də) 2018 Jun 13
  • Göndərən مدير سايت Aran News