Tarix : 2018 Jun 13
Kod 55540

Baş redaktor ailə üzvləri ilə birlikdə polisdə saxlanılır

"Tolışon sado" ("Talışın səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon polis bölməsinə aparılıb. Sosial şəbəkələrdə yayılan bu məlumatı R.Cəlilov telefonla Turan agentliyinə təsdiqləyib.

Arannews-R.Cəlilov deyib ki, maşında gedərkən polis avtomobili yolda maşının qarşısını kəsib və ondan maşından düşərək polisə getməsini tələb edib."Üç saatdır ki, polisdəyəm", - R.Cəlilov qeyd edib. Bu müddətdə ondan qəzetin fəaliyyəti ilə bağlı soruşublar.Eyni zamanda R.Cəlilovun iki bacısını, qardaşını və hamilə qızını da polisdə saxlayırlar. R.Cəlilovun sözlərinə görə, onları Lerikdən Bakıya gedərkən yolda saxlayıblar.Lənkəran polis bölməsindən şərh almaq mümkün olmayıb.DİN-in saytında göstərilən telefon nömrəsinə cavab vermirlər.

contact.az


  • Yazılıb
  • da (də) 2018 Jun 13
  • Göndərən مدير سايت Aran News