Tarix : 2018 Jun 13
Kod 55543

"Zərurət yaransa, “S-400”lərdən istifadə edəcəyik" — Ərdoğan

Türkiyə zərurət yaranacağı təqdirdə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini tətbiq etmək niyyətindədir.

Arannews-Hədəf14.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib."Biz S-400-ləri sadəcə alıb anbara qoymayacağıq. Zərurət yaranacağı təqdirdə onlardan istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir, onlarsız nə edəcəyik? Yenidən ABŞ-a ümid olacağıq?", – deyə Türkiyə prezidenti İstanbulda KİV-ə müsahibəsi zamanı bildirib.O həmçinin xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin cavabında ABŞ Konqresi tərəfindən buna qadağa qoyulub. 

"Bu vəziyyət bizi yordu. Rusiya bizim sorğumuza kifayət qədər cəlbedici təkliflə cavab verdi. Onlar dedilər ki, bunu hətta birgə istehsal da edə bilərlər, həmçinin bizə yaxşı kredit şərtləri təklif olundu", - deyə Ərdoğan əlavə edib.


  • Yazılıb
  • da (də) 2018 Jun 13
  • Göndərən مدير سايت Aran News