Tarix : 2018 Jun 13
Kod 55545

HƏMAS lideri keçmiş əməllərini inkar etdi: “Biz heç vaxt Suriya müxalifətini dəstəkləməmişik”

Vəziyyət dəyişdikcə və Suriyada hökumət gücləndikcə müxtəlif ərəb liderlərinin etirafları da biruzə verir. Bəzi Qətər rəsmilərinin “gərək Suriyanı Ərəb Liqasından çıxarmayaydıq” və ya HƏMAS liderinin “biz heç vaxt Suriya müxalifətini dəstəkləməmişik” kimi etirafları son günlərdə eşidilməkdədir.

Arannews-Bunu HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə verdiyi müsahibədə deyib.O bildirib ki, “Suriya inqilabının dəstəklənməsi” ilə bağlı ona nisbət verilən söz dəqiq deyil və o “heç vaxt Suriya hökuməti ilə düşmənçilik etməyib.”O bildirib ki, “Suriya hökuməti mühüm zamanlarda onların yanında olub, onlar üçün çox şey verib. Həmçinin böyük Suriya xalqı kimi. HƏMAS heç vaxt Dəməşqlə olan əlaqələrini kəsməyib. HƏMAS-ın istəyi bu olub ki, suriyadaxili məsələlərdə özünü təmkinli göstərsin. Suriyada baş verənlər region və beynəlxalq çəkişmələrə görə Suriyada yaranan fitnə idi ki onu keçmək lazımdır. İstəyirik qarşıdurma dayansın sülh əmin-amanlıq olsun və Suriya əvvəlki regiondakı mövqeyini və milli ərəb mövqeyini qaytarsın.”İsmail Həniyyə bildirib ki, HƏMAS Misirlə yanaşı Qətərlə və eləcə də İranla da əlaqələrini qoruyub saxlayır.“İran regionda mühüm mehvər dövlətidir. HƏMAS-ın onunla əlaqəsi stratejidir. Tehran Fələstin xalqı üçün və müqavimət üçün çox iş görüb. Onunla əlaqələrimz çox yaxşı və inkişaf etmiş mərhələdədir”Qeyd edək ki, HƏMAS liderləri bir neçə dəfə Suriyada baş verənlərə görə hökuməti tənqid etmişdilər.

  • Yazılıb
  • da (də) 2018 Jun 13
  • Göndərən مدير سايت Aran News