Xəbər Lenti

Ümumdünya İslami Oyanış Assambleyası Trampın Qolanın işğalına dəstək verməsini pisləyib

General Baqeri: Silahlı qüvvələr İranın şimalında seldən zərər çəkənlərə tam dəstək verirlər

Yəmənlilər Ərəbistanın cənubunda bir neçə hərbi mövqeni ələ keçiriblər

Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

İlham Əliyevin Novruz təbriki üzərində kiçik bir gəzişmə

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Arxiv
 
Tarix : 2018 iyn 14     |     Kod : 55551

Asif Yusiflinin məhkəməsi özündən xəbərsiz keçirilib

İyunun 13-də Bakı Apelyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin şikayətinə baxılmalıydı. Şikayət Suraxanı Rayon Məhkəməsinin qərarından verilib. 2017-ci ilin sonunda qanunvericiliyə edilən dəyişikliklər əsasında işinə yenidən baxılmasını istəyən Asif Yusiflinin bu barədə ərizəsini məhkəmə təmin etməyib.

Arannews:meydan.tv-Məhkəmə təyin olunan vaxtda Asif Yusiflinin vəkili, yaxınları, üzvü olduğu pariyanın sədri və başqa şəxslər gəlsələr də, onlara bildirilib ki, hakim Rizvan Səfərov məhkəməni səhər saatlarında keçirib, apelyasiya şikayəti də təmin olunmayıb - Suraxanı Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə gizli keçirilib. A.Yusiflinin Qarabağ qazisi, özünü yandıraraq intihar edən Zaur Həsənovun ölümü ilə əlaqədar mitinq təyin etdiyinə görə cəzalandırıldığını deyən Ə.Kərimlinin sözlərinə görə, ona qarşı irəli sürülmüş dələduzluq ittihamı saxtadır: "Bu işdə bir adam başqasına 6500 manat pul verib. Pulu alan da deyir, bu işdə Asif Yusiflilik bir iş yoxdur, pulu verən də. Ziyan ödənilib, şikayətçi yoxdur. Amma dörd ildir Qarabağ qazisini həbsxanada saxlayırlar.Beynəlxalq ictimaiyyəti aldatdılar ki, guya qanunvericilik dəyişəcək, xüsusən iqtisadi cinayətlərlə bağlı qanun yüngülləşdiriləcək, siyasi məhbusların bir qismi bu yolla azadlığa buraxılacaq. Asif Yusifli də ona görə məhkəməyə müraciət edib ki, onun ittiham olunduğu maddələrin sanksiyası aşağı düşüb. Onun da cəzası azalmalıdır. Amma eləmirlər. Bu gün apelyasiya məhkəməsi həmin qanunsuzluğu davam etdirdi".AXCP sədrinin sözlərinə görə, bu, həm də hökumətin Qarabağ uğrunda döyüşənlərə, sağlamlığını itirənlərə olan münasibətinin göstəricisidir:"Nazir olarkən aylıq 400 min manat "paket" aldığı rəsmən təsdiqlənmiş biri bu gün Elmlər Akademiyasında müşavir işləyir. Qarabağda can qoymuş adam isə saxta ittihamla həbsxanada əziyyət çəkir. Biz fəxr edirik ki, bu milətin Asif Yusifli kimi övladı var. O, "uf" demədən haqq etmədiyi cəzanı çəkir. O, özünü hazırlayıb ki, "erməni əsirliyindədir". Ölkə bu cür insanların çiynində dayanıb. Zamanında Asif Yusiflilər, Babək Həsənovlar, Saleh Rüstəmlilər, Məhəmməd Məcidlilər bu ölkəni qorudular, bu gün də mübarizələrini davam etdirirlər".A.Yusifli 2014-cü il noyabrın 25-də həbs olunub. O, CM-nin 178 (dələduzluq) və 320-xi (sənədlərin saxtalaşdırılması) maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan yuxarı məhkəmə instansiyaları cəzanı 5 ilə endirib.Asif Yusifli ittihamı qəbul etmir, siyasi mövqeyinə görə sifarişlə həbs olunduğunu bildirir.


Açar sözlər : 

Yazılıb da (də)   2018 iyn 14  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin