Tarix : 2018 Jun 14
Kod 55552

Argentinalı xeyriyyəçi Qarabağda erməni ailəsinə üçotaqlı ev bağışladı

Ermənistan ordusunun hərbi qulluqçularının xeyli hissəsinin ailəsi çətin şəraitdə yaşayır. Bunu Gümrüdə yaşayan bir ailənin son 20 il ərzində yaşadığı mənzilin görüntüləri də təsdiqləyir. Bugünlərdə şəhərə gələn argentinalı xeyriyyəçi erməni ailənin bu vəziyyətini görərək onlara üçotaqlı ev bağışlayıb.

Arannews-Hədəf14.az xəbər verir ki, “KarabakhTV” bu haqda işğalçı ölkənin mediasına istinadla məlumat yayıb.

 Argentinada yaşayan Minasyanlar ailəsinin qızı ötən il Ermənistanda olarkən xeyriyyəçilərin çətin şəraitdə yaşayanlara mənzil bağışlamasının  şahidi olub və özü də belə bir addım atmağa qərar verib. Builki gəlişində o, Gümrüdə  oğlanları Azərbaycanın işğal  altındakı torpaqlarında hərbi xidmət keçən Saakyanlar ailəsinin 20 ildir ki, gəmiricilərin qaynaşdığı bir xaraba məkanda yaşadıqlarını öyrənib və həmin ailəyə üçotaqlı mənzil bağışlayıb.


  • Yazılıb
  • da (də) 2018 Jun 14
  • Göndərən مدير سايت Aran News