Tarix : 2018 Jun 14
Kod 55554

İran ,Türkiyə, və Rusiya Suriyaya görə TOPLAŞACAQ

Türkiyə, Rusiya və İranın yüksək çinli nümayəndələri gələn həftə Cenevrəyə Suriya məsələsinin müzakirəsi üçün dəvət olunublar.

Arannews-İRNA  BMT baş katibinin Suriya üzrə xüsusi səfiri Stefan De Misturanın bəyanatına istinadən xəbər verir ki, tərəflər görüşdə Suriya Konstitusiya şurasının yaradılmasını müzakirə edəcəklər. “BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi səfiri Steffan De Mistura Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələrini Cenevrəyə dəvət edib. Tərəflər 18 və 19 iyun 2018-ci il tarixlərində Konstitusiya Komitəsinin yaradılması ilə bağlı müzakirələr aparacaqlar. Onlar dəvəti qəbul ediblər” – bəyanatda bildirilib.Bəyanatda müzakirələrdə həmçinin digər ölkələrin də iştirakına diqqət çəkilib.Qeyd edək ki, Konstitusiya Komitəsinin yaradılması haqda razılıq yanvarın 30-da Soçidə Suriya milli dialoq Konqresində əldə edilib. Bu quruluş Mistura ilə birgə Suriyanın konstitusiyası üçün təkliflər hazırlamalıdır. Komitəyə 100-ü hökumət nümayəndələri və daxili müxalifətdən, 50-si isə xarici müxalifətdən olmaqla 150 namizəd irəli sürülüb. Bununla yanaşı xüsusi səfir gələcək məsləhət orqanının 50 nəfərdən çox olmaması üçün çağırış edib.


  • Yazılıb
  • da (də) 2018 Jun 14
  • Göndərən مدير سايت Aran News