Bu gün mübarək ramazan ayının 29-u ölkənin müxtəlif bölgələrində şəvval ayının müşahidə edilməsi üçün 120 qrup fəaliyyət göstərəcək.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam inqilabının rəhbərinin ofisinin istehlal mərkəzinin sədri Höccətülislam Əhməd Mərvi deyib."Proqnozlara görə, cümə günü iyunun 15-i İranda şəvval ayının birinə təsadüf edəcək. Əgər nəticə buna uyğun olmasa islam inqilabının böyük rəhbəri ofisinin istehlal mərkəzi vasitəsi ilə elan ediləcəkdir", -deyə o əlavə edib. Fitir bayramı namazı mərasiminin təşkili mərkəzinin sədri Seyid Baqir Pişnamazi də məsələ ilə bağlı açıqlama verib. O "İslam inqilabının rəhbəri ofisinin istehlal mərkəzi tərəfindən bayramın elan olunmasından sonra Tehranda bayram namazı Ayətullahül Xameneinin imaməti ilə İmam Xomeyni adına müsəllada(böyük namazxana) qılınacaqdır."