Tarix : 2018 Jun 14
Kod 55556

Şəvval hilalını müşahidə üçün İranda 120 qrup fəaliyyətə cəlb edildi

Bu gün mübarək ramazan ayının 29-u ölkənin müxtəlif bölgələrində şəvval ayının müşahidə edilməsi üçün 120 qrup fəaliyyət göstərəcək.

Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam inqilabının  rəhbərinin ofisinin istehlal mərkəzinin sədri Höccətülislam Əhməd Mərvi  deyib."Proqnozlara görə, cümə günü iyunun 15-i İranda şəvval ayının birinə təsadüf edəcək. Əgər nəticə buna uyğun olmasa islam inqilabının böyük rəhbəri ofisinin istehlal mərkəzi vasitəsi ilə elan ediləcəkdir", -deyə o əlavə edib. Fitir bayramı namazı mərasiminin təşkili mərkəzinin sədri Seyid Baqir Pişnamazi də məsələ ilə bağlı açıqlama verib. O "İslam inqilabının  rəhbəri ofisinin istehlal mərkəzi tərəfindən bayramın elan olunmasından sonra Tehranda bayram namazı  Ayətullahül Xameneinin imaməti ilə İmam Xomeyni adına müsəllada(böyük namazxana) qılınacaqdır."


  • Yazılıb
  • da (də) 2018 Jun 14
  • Göndərən مدير سايت Aran News