Tarix : 2018 Jun 15
Kod 55561

İraqın baş naziri: “Parlament seçkiləri təkrar keçirilməyəcək

İraqın baş naziri heydər Əl-Əbadi mayın 12-də keçirilən parlament seçkilərinin təkrar keçirilməyəcəyini açıqlayıb.Təsnim

Arannews-Əl-Əbadi ölkənin siyasi prosesini qarışdırmaq istəyənlərin cəzalandırılacaqlarını bildirib.

 “Geriyə dönüş yoxdur. Seçkilər keçirilib və yeni hökumət qurmaq lazımdır”, - deyə Əl-Əbadi bildirib.

Seçki nəticələrinin ləğv etməyə nə parlamentin, nə də hökumətin mandatının olmadığını vurğulayan Əl-Əbadi, sözlərinə belə davam edib: “Seçkilərin yenidən keçirilib keçirilməməsinə yalnız federal məhkəmə qərar verə bilər”.Bağdadda səsvermə bülletenlərinin yerləşdiyi anbarda baş verən yanğın hadisəsinə toxunan İraqın baş naziri, ilkin istintaqın yanğının qəza nəticəsində yox, qəsdən törədildiyini göstərdiyini deyib.

Yanğından sonra bəzi siyasi partiya və qruplar seçkilərin yenidən keçirilməsini istəmişdilər.

  • Yazılıb
  • da (də) 2018 Jun 15
  • Göndərən مدير سايت Aran News