Tarix : 2018 Jun 15
Kod 55564

Ötən gün borclu kimi axtarışda olan 54 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews-"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 13-də ölkədə 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

 Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb.

 Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2018 Jun 15
  • Göndərən مدير سايت Aran News