Tarix : 2018 Jun 17
Kod 55579

İsrail Qəzzada, Səudiyyə Yəməndə müsəlman qanı tökdü

İsrail və Səud rejiminin qırıcıları havadan bombardman nəticəsində müsəlmanların qanını töküb

Arannews-İslamazeri.com xəbər verir ki, Səudiyyə Ordusunun qırıcılarının Yəmənin qərbində yerləşən Əlhudəydə limanına qarşı dünən gecə həyata keçirdikləri hava hücumunda azı iki mülki vətəndaş ölüb, 28 nəfər isə yaralanıblar.Səud rejiminin və BƏƏ hərbçiləri Yəmənin qərbində yerləşən Əlhudəydə limanını qəsb etmək üçün bir ay bundan öncədən bir əməliyyata başlayıblar.Əlhudəydə limanı Yəmənə humanitar yardımları qəbul edən strateji əhəmiyyətə malik Yəmənə aid limandır.Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam  Əlhudəydə limanına hücumla bağlı açıqlamasında "Bu savaş bir amerikan-ingilis döyüşüdür və təcavüzkar səud koalisiyası təklikdə hücumlara başlamaq qüdrətinə malik deyildir. Yəmən xalqı qərblilərin dəstəyinə malik olan təcavüzkar qüvvələr ilə mübarizə ilə iftixar edir.", -deyə bildirib. Qeyd edək ki, hücumlar həmçinin dəniz gəmiləri vasitəsilə də həyata keçirilir.

Vəhabi krallığın Yəməni bombaladığı kimi, İsrail rejimi də Qəzzaya hava hücumu həyata keçirib. İsrail mediasının da təsdiqlədiyi xəbərə görə, Qəzza zolağındakı qaçqın düşərgəsinə həyata keçirilən hava hücumu zamanı 1 nəfər ölüm ayağında olmaqla, 3 nəfər yaralanıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 17
  • Göndərən مدير سايت Aran News