Tarix : 2018 Jun 18
Kod 55585

Sudiyyənin yalanı ortaya çıxdı

Yəmənin Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanının Hudayda yalanını ortaya çıxarıb.

Arannews-FaktXəbər-in məlumatına görə, Yəmən rəsmiləri bildiriblər ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiya bütün cəbhə boyu geri oturdulub.Qeyd edilir ki, koalisiya qüvvələri yaxşı müdafiə olunan və Yəmənin Qırmızı dənizə çıxşı olan yeganə liman şəhəri Hudaydanı tutmaq istəyiblər, lakin bunu bacarmayıblar."Səudiyyə koalisiyası böyük itki veriblər və onlar bunu açıqlamağa cürət etmirlər. Onlar Hudaydada qalib gələ bilməyəcəklər", - deyə Husilərin nümayəndəsi Məhəmməd Abdulsalam Livanın "Əl-Məyadin" kanalına müsahibəsində bildirib.Mülki aviasiyanın komandan müavini Məhəmməd əl-Şərif isə bildirib ki, Səudiyyə, BƏƏ və Sudanın Hudayda aeroportunu tutması ilə bağlı internetdə yayımladığı kadrlar həqiqəti əks etdirmir və həmin kadrlar 2016-cı ilin oktyabr ayına aiddir. Rəsmi "Saba" agentliyi də yazır ki, Hudayda hava limanının tutulması kimi göstərilən kadrlar Əl-Durayhimi rayonunun yaxınlığında yerləşir və həmin ərazilərdə Sudiyyə qüvvələri mühasirəyə düşüblər.Hudayda hava limanının rəhbəri Əhməd Tareş Səduiyyə koalisiyasının aeroportu bombardman edərək dağıtdığını təsdiqləsə də, aeroportun nəzarətinin Ənsarullah hərəkatında olduğunu bildirib.Bu arada isə Fransanın "Le Figaro" nəşri BƏƏ-nin xahişilə Fransa ordusunun xüsusi təyinatlılarının Yəmənə ezam edildiyini yazıb. Amma qəzet onların guya döyüşlərdə iştirak etməyib, yalnız minaların təmizlənməsində yardım edəcəklərini qeyd edir. Bu xəbərin yayımlanmasından bir qədər sonra isə husilər Fransaya məxsus katerin Hudayda yaxınlığında sahil mühafizə qüvvələri tərəfindən saxlanıldığını bildiriblər

  • Yazılıb
  • da (də) 2018 Jun 18
  • Göndərən مدير سايت Aran News