Tarix : 2018 Jun 18
Kod 55586

“ABŞ, Fransa, Türkiyə və İsrail əsgərləri işğalçı qüvvələrdir” – Bəşər Əsəd

Suriya prezidenti Bəşər Əsəd ölkəsindəki ABŞ, Fransa, Türkiyə və İsrail əsgərlərinin işğalçı qüvvələr olduğunu söyləyib.

Arannews-“Al-Alam” telekanlına müsahibə verən Bəşər Əsəd Livanın müqavimət hərəkatı “Hizbullah”ın Suriyadakı varlığına toxunaraq qeyd edib ki, müharibə çox uzun olacaq. “Buna görə də hərbi qüvvələrə ehtiyacımız da uzun müddət davam edəcək”, – deyə Bəşər Əsəd söyləyib.Suriya prezidenti Golan yüksəkliklərinin İsrail rejiminin işğalı altında olduğunu da sözlərinə əlavə edərək, bu ərazilərin də müttəfiq İran və Rusiya qüvvələrinin köməkliyi ilə azad ediləcəyini diqqətə çatdırıb.İranın Suriyada hərbi fəaliyyəti barədə verilən suala cavab verən Bəşər Əsəd, “Biz İranın Suriyada olmasından utanmırıq və gizlətmirik. Əksi olsaydı, onları dəvət etməzdIk. Dəfələrlə Səudiyyə Ərəbistanı təklif edib ki, İranı ölkənizdən çıxardın, hər şeyi həll edək. Amma bu bizim üçün bazarlıq mövzusu deyil. Biz siyasi prosesə bir şans vermişik. Əgər bu müvəffəqiyyətsiz olarsa, ölkəmizi gücümüzlə azad edəcəyik. Terrorçulara qarşı mübarizə aparırıq və bu terrorçular Böyük Britaniya hökuməti, Fransa, ABŞ, və Avropa ölkələri tərəfindən dəstəklənir. Qərbdə Suriyaya olan yanaşma budur ki, hökuməti dəyişdirməliyik, çünki onlar artıq siyasətimizə uyğun gəlmirlər”, – deyə qeyd edib.

  • Yazılıb
  • da (də) 2018 Jun 18
  • Göndərən مدير سايت Aran News