Saturday, 20 April 2024 -
far
azr
tur
rus
Qafqaz bölgəsi ilə bağlı son xəbərlər, təhlillər və məqalələr
Siyasət və beynəlxalq münasibətlər
Konfranslar və görüşlər
Mədəniyyət və Cəmiyyət
İqtisadiyyat
İdman
Ana səhifə
Arxiv
Dünya
İran
Cənubi Qafqaz
Azərbaycan
Azərbaycan
Qarabağ
Naxçıvan
Gürcüstan
Ermənistan
Şimali Qafqaz
Dağıstan
Çeçenistan
inquş
Balkar Kabardyanv
Cranberry Çay Charkas
Adige
Şimali Osetiya
Rusiya
Türkiyə
Xəzər
İslam
İslam tarixi və mədəniyyəti
Şəxsiyyətlər
Hicab
Ailə
Əhkam
İslam Peyğəmbəri (s) və imamların (ə) həyatı
Dağliq Qarabaq
Müsahibələr
Təhlil
Nəşrlər
Newsletter
Xüsusiyyətlər
kitabxana
Haqqımızda
Əlaqə
Məqalə
Tarix :
2018 Jun 18
Kod
55589
Short Link
:
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin nəzarətində olan aeroportdan görüntülər yayımladı - FOTO
Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi üzərində guya Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar həyata keçirməsinə münasibət bildirib.
Arannews-FaktXəbər bildirir ki, MN bu kimi xəbərlərin yayılmasını düşmənin növbəti informasiya avantyurası adlandırıb.bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.
Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.
İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və Mi-8 nəqliyyat helikopteri müşahidə olunur”, – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələri xahiş olunur.
Yazılıb
da (də)
2018 Jun 18
Göndərən
مدير سايت Aran News
Açar sözlər
azərbaycan
arannews