intensiv yağışlar nəticəsində Rusiya-Azərbaycan keçid məntəqəsinin yerləşdiyi qəsəbəni içməli su ilə təmin edən su borusunu sel dağıdıb
Azerbaijan Servisi/Aran Agentliyi
Güclü yağışlar nəticəsində yaranmış sel əsas su borusunu yuyub aparıb.
Qusar rayonuna yağan güclü yağış Samur qəsəbəsinə ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, intensiv yağışlar nəticəsində Rusiya-Azərbaycan keçid məntəqəsinin yerləşdiyi qəsəbəni içməli su ilə təmin edən su borusunu sel dağıdıb. Nəticədə qəsəbə əhalisi ilə yanaşı gömrük, baytarlıq, sərhəd keçid məntəqələri də susuz qalıb. Qusar rayon icra başçısının müavini Şahid Fərəməzovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda dəyən ziyanın miqdarının müəyyənləşdirilməsi üçün iş aparılır.
«Azərsu»yun Qusar rayon su kanal idarəsinin rəisi Əziz Qurbanov hazırda əhlinin içməli su ehtiyacının Samur Abşeron kanalı və içməli su maşınları vasitəsi ilə ödəndiyini deyib. Onun sözlərinə görə, əraziyə bərpa işləri aparmaq üçün texnika gətirilsə də, hələlik çayda su çox olduğu üçün işə başlamaq mümkün olmayıb.