Tarix : 2018 Jun 18
Kod 55591

Sionistlər İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə basqın ediblər

Sionist hərbçilər İordan çayının qərb sahilində Ramullahda yerləşən əl-Cələzun düşərgəsinə basqın ediblər.

Arannews-Mehr İnformasiya Agentliyinin məlumatına görə, şənbə gecə sionist hərbçilərin İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə hücumu ilə sionist hərbçilərlə fələstinli gənclər arasında güclü toqquşma baş verib. Bu toqquşmada bir qrup fələstinli sionistlər tərəfindən saxlanılıb. Başqa bir məlumata görə, sionist hərbçilər Qəzzə zolağından bu rejimin nəzarətində olan bölgələrə yanar çərpələnglər atan fələstinlilərə doğru atəş açıblar. Nəticədə iki nəfər yaralanıb. Qəzzə zolağı ilə qonşu sionist qəsəbələrin əkin sahələri üzərində fələstinlilərin yanar çərpələnglər uçurması və nəticədə bu əkin sahələrində yanğının baş verməsinin qarşısının alınmasında uğursuzluq sionist rejim başçılarının əsəbiləşməsinə səbəb olub. 

  • Yazılıb
  • da (də) 2018 Jun 18
  • Göndərən مدير سايت Aran News