Tarix : 2018 Jun 19
Kod 55595

ATƏT nümayəndələri Azərbaycana gəlir

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək. Modern.az ATƏT-ə istinadən xəbər verir ki, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək.

Arannews-İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq.Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.

  • Yazılıb
  • da (də) 2018 Jun 19
  • Göndərən مدير سايت Aran News