Tarix : 2018 Jun 19
Kod 55599

Rusiya müsəlmanlarına şad xəbər: Daha bir məscid açıldı

Moskva vilayətində yeni məscid istifadəyə verildi.

Arannews-İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Moskva vilayətinin Solneçnoqorsk şəhərində “Nurullah - Allahın nuru” adlı məscid öz qapılarını dindarların üzünə açıb. Təntənəli açılış tədbirində Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanların Dini İdarəsinin başçısı Ravil Qaynutdin iştirak edib.Müsəlman ibadətgahının sahəsi 400 kvadrat metrdir. Məsciddə eyni anda 450 insan ibadətlə məşğul ola bilər.

Məscidin 1-ci mərtəbəsində ibadət zalı yerləşir, daha 2 ibadət otağı isə zirzəmi hissəsində yerləşir. Burada həmçinin mədrəsə və qadınların da ibadət etmələri üçün yer var.

Qeyd edək ki, bu Moskva vilayətindəki sayca 8-ci məsciddir.

  • Yazılıb
  • da (də) 2018 Jun 19
  • Göndərən مدير سايت Aran News