Tarix : 2018 Jun 19
Kod 55602

İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs edilib

İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs edilib

Arannews-ın verdiyi xəbərə görə, İsrail rejimi Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq şübhəsilə həbs olunub."Jerusalem Post"  xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir. Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb. 

Şin-Bet və polisin araşdırmaları nəticəsində Q.Seqevin 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyində xüsusi xidmət orqanları tərəfindən "işə götürüldüyü" aşkar edilib. O, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrindəki otellərdə və mənzillərdə görüşməkdə ittiham olunur.

 Mənbə: Report

  • Yazılıb
  • da (də) 2018 Jun 19
  • Göndərən مدير سايت Aran News