Tarix : 2018 Jun 20
Kod 55604

İmişlidə pambıqçıların kütləvi zəhərlənməsi: xəstəxanada cəmi 7 nəfər qalıb

İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb.

Arannews-İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb. Onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq. ("virtualaz.org")

  • Yazılıb
  • da (də) 2018 Jun 20
  • Göndərən مدير سايت Aran News