Tarix : 2018 Jun 20
Kod 55605

Mühacirlər ''Siyasi məhbuslara azadlıq'' istəyiblər

İyunun 19-da Avropada yaşayan bir qrup azərbaycanlı mühacir Almaniyanın Münhen şəhərində aksiya keçirib

Arannews-Müsavat AKM Bayern koordinatorluğunun təşəbbüsü ilə keçirilən aksiyada 50-yə yaxın şəxs iştirak edib. Onların arasında Müsavat, AXCP, digər siyasi təşkilatların üzvləri, eləcə də jurnalistlər olub. Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq!” şüarı səsləndiriblər, Azərbaycandakı problemləri alman dilində yazılmış plakatlarla ictimaiyyətə çatdırmağa çalışıblar.



  • Yazılıb
  • da (də) 2018 Jun 20
  • Göndərən مدير سايت Aran News