Tarix : 2018 Jun 20
Kod 55609

"ABŞ dünyanın jandarması deyil

Avropa Parlamentinin fransalı deputatı Nikola Bey ABŞ-ın dünyanın jandarması kimi davranmasını qəbul etməmək lazım olduğunu vurğulayıb.
Arannews-İslamazeri.com xəbər verir ki, "Farsnews" müxbirinə özəl müsahibə verən Avropa Parlamentinin fransalı deputatı Nikola Bey ABŞ-ın dünyanın jandarması kimi davranmasını qəbul etməmək lazım olduğunu bildirib.
ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxmasını pisləyən Bey ABŞ-ın sırf öz maraqlarını düşündüyünü, deməli Avropanın da öz maraqlarını müdafiə etməsi və ABŞ-ı izləməməsi lazım olduğunu qeyd edib.
Bey ABŞ-ın öz maraqları istiqamətində yeni bir müharibəyə başlamaq istədiyini, Amerikanın bu strategiyasının Yer üzündə fəlakətlərə yol açdığını, Amerikanın nüvə müqaviləsindən geri çəkilməsinin şiddətli şəkildə qınanması lazım olduğunu vurğulayıb.
  • Yazılıb
  • da (də) 2018 Jun 20
  • Göndərən مدير سايت Aran News