Tarix : 2018 Jun 20
Kod 55610

İsrail qüvvələrinin yaraladığı fələstinli uşaq həyatını itirdi - Foto

İsrail qüvvələrinin yaraladığı fələstinli uşaq həyatını itirdi
Arannews-Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Səhiyyə Nazirliyi "Böyük Qayıdış Yürüşü" çərçivəsində aparılan fəaliyyətlərdə Qəzzanın orta hissəsində yerləşən Bureyc Qaçqın Düşərgəsində İsrail əsgərlərinin atəşiylə yaralanan fələstinli uşağın həlak olduğunu bildirib. Qəzzadakı Səhiyyə Nazirliyi mətbuat katibi Əşrəf əl-Kudra ötən ay İsrail qüvvələrinin atəş açması nəticəsində qarnından ağır yaralanan fələstinli uşaq Zəkəriyyə Beşbeşin (13) həlak olduğunu qeyd edib. Əl-Kudra verdiyi açıqlamada Beşbeşin yaralandıqdan sonra Şəfa Tibb Mərkəzində müalicə aldığını xatırladıb. 

Fələstinlilərin 30 mart "Torpaq Günü"ndə zorla çıxarıldıqları torpaqlarına qayıtmaq və onların bu hüququnu təsdiq edən BMT-nin 194 saylı qətnaməsinin həyata keçirilməsi tələbilə Qəzza sərhədində başladıqları "Böyük Qayıdış Yürüşü"nə İsrail qüvvələrinin odlu silahlarla hücum etməsi nəticəsində indiyə qədər 136 nəfər həlak olub, 13 mindən çox adam da yaralanıb. 

 


  • Yazılıb
  • da (də) 2018 Jun 20
  • Göndərən مدير سايت Aran News