Tarix : 2018 Jun 20
Kod 55611

"Hizbullah": "ABŞ və İsrailin hava hücumları cavabsız qalmayacaq"

"Hizbullah": "ABŞ və İsrailin hava hücumları cavabsız qalmayacaq"
Arannews- Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İraqda "Həşd Şabi" xalq könüllülərinə və İraq "Hizbullah"ına təşkil olunan hücum nəticəsində 22 döyüşçü öldürülüb. İraq "Hizbullah" hərəkatı və "Həşd Şabi" ABŞ hava hücumları zamanı öldürülən üzvləri ilə bağlı bəyanat yayıb.

"Həşd Şabi"dən verilən yazılı açıqlamaya görə, ABŞ döyüş təyyarələrinin İraq-Suriya sərhədində yerləşən mövqelərinə hücumu zamanı 22 hərbiçi şəhid olub. Məsələnin araşdırılması üçün komitə yaradılıb. ABŞ tərəfindən məsələyə aydınlıq gətirilməsi tələb olunub.

İraq "Hizbullah" hərəkatının yaydığı bəyanatda vurğulanıb ki, ABŞ və İsrail rejimi Yaxın Şərqdə bu terrorçu qrupla mübarizə bəhanəsi ilə qalırlar: "Bu cinayət İsrail və Amerikaya qarşı mübarizənin qapısını açdı. İraq "Hizbullah"ı bu yolda irəliləməkdən tərəddüd etməyəcək. Bu cinayət cavabsız qalmayacaq"


  • Yazılıb
  • da (də) 2018 Jun 20
  • Göndərən مدير سايت Aran News