Tarix : 2018 Jun 21
Kod 55615

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Bakı, 20 iyun, SalamNews. İyunun 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Arannews-DİN-dən SalamNews-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News