Tarix : 2018 Jun 21
Kod 55616

Əməliyyatlarına cavab olaraq İsrailə 45 raket və minamyot zərbəsi tuş gəldi

Dünən gecə saatlarında İsrailin nəzarətində olan ərazilərə Qəzzadan 45 raket zərbəsi endirilib

Arannews-İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, 19 iyundan, 20-sinə keçən kecə Fələstinin Qəzza bölgəsindən İsrailin nəzarətində olan bölgələrə ümumilikdə 45 raket və minamyot zərbələri endirilib.İsrail Ordusunun mediaya senzura qoyulmasını nəzərə alaraq, raket və zərbələrin çox olması, həmçinin ölən və yaralılar haqqında həqiqətlərin  mediadan gizlədilməsi ehtimalı böyükdür.İsrail Ordusunun rəsmi açıqlamasına görə, 45 raketdən 7-si "Dəmir Qübbə" Havadan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib. Digər raket və minamyotların açıq sahələrə, bir neçəsi isə dövlət binaları, o cümlədən təhsil binalarının yanına düşüb.Bəzi təhsil ocaqları və dövlət müəssisələri müvəqqəti fəaliyyətini dayandırıb.İsrail Ordusu Qəzzaya 25 hava hücumu həyata keçirdiyini açıqlayıb.Əməliyyatlarına cavab olaraq İsrailə 45 raket və minamyot zərbəsi tuş gəldi

  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News