Tarix : 2018 Jun 21
Kod 55617

İran: Tramp kimi bir adamla danışıqlar aparmayacağıq

İranlı rəsmi ABŞ-la danışıqlar barədə danışıb.

Arannews-İslamazeri.com-un “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran rəsmisi Muhəmməd Baqir Noubəxt bildirib ki, ölkəsi ABŞ prezidenti Donald Trampla danışıqlar aparmayacaq.Xatırladaq ki, daha öncə bir qrup ictimai xadim iranlı rəsmiləri ABŞ administrasiya ilə birbaşa danışıqlara səsləyib.(Tramp kimi) belə bir adamla  danışıqlar aparmaq üçün əsas yoxdur, lakin hazırda bir Avropa ilə danışıqlar aparırıq.”, - deyə Noubəxt jurnalistlərin suallarını cavablandırarkən bildirib.Biz heç vaxt öz milli təhlükəsizliyimizi müzakirə etmirik, lakin danışıqlar İslam Respublikasının vasitələrindən biri olaraq qalmaqdadır, amma belə bir adamla danışıqların aparılması məqsədə uyğun deyil.”, - deyə iranlı rəsmi əlavə edib.Qeyd edək ki, mayın 8-i Ağ Ev başçısı ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxdığını elan edib.

  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News