Tarix : 2018 Jun 21
Kod 55619

Gözəl Bayramlının əşyaları niyə geri qaytarılmır

AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi zamanı müsadirə olunan əşyaları və evindən götürülən pul geri qaytarılmır.
Arannews-Ailə üzvlərinin məlumatına görə keçən il Gürcüstandan Bakıya qayıdarkən gömrük məntəqəsində saxlanıldığı zaman onun yol çantaları və mobil telefonu götürülüb. Həbsdən sonra evində axtarış zamanı da bəzi sənədlər və 1000 avro pul götürülüb. Qanuna görə Gözəl xanıma hökm oxunduqdan sonra onun əşyaları və götürülən pul geri qaytarılmalıdır. Artıq onların geri alınması üçün Gözəl xanım bacısına etibarnamə də verib. Amma etibarnamənin verildiyi vaxtdan bir ay keçsə də, məsələni süni şəkildə uzadırlar. Etibarnamə əsasında götürülən əşyalar Bakı Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən, pul isə Respublika Prokurorluğunun müsahibatlığından verilməlidir. G.Bayramlının bacısı götürülən əşyaların və pulun geri alınması ilə bağlı dəfələrlə həmin ünvanlara müraciət etsə də, “gözləyin” deyərək, ailəni süründürməkdə davam edirlər. Bu süründürməçiliyin adı isə qanunsuzluqdan başqa bir şey deyil.
  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News