Tarix : 2018 Jun 21
Kod 55624

Universitetlərdə azad diskussiyalar təşkil edin

Düşüncə ajiotajı düzgün mübahisələrdən fərqli bir şeydir. Mən dedim ki, universitetlərdə azad diskussiyalar təşkil edin
Arannews-Siz gənclər nə üçün təşkil etmədiniz? Tehran, Şərif, Əmir Kəbir universitetlərində azad siyasi, etiqadi debatlar keçirin. Bir neçə tələbə orada sözlərini danışsınlar, bir-birinin sözünü tənqid etsinlər, bir-biri ilə mübahisə etsinlər. Həqiqət orada özünü göstərəcək. Həqiqət birinin bir tənqidi tullaması ilə aşkarlanmır, düzgün anlaşılmır. Deyişmələrlə gərgin fikir mühiti yaratmaq ölkənin inkişafına heç bir kömək etmir. Siz bu sahədə bu qoca atanızın təcrübəsinə inanın. Ölkənin inkişafına kömək edən amil düşüncələrin həqiqi azadlığıdır; yəni azad şəkildə düşünmək, azad şəkildə sözünü demək, hay-küydən qorxmamaq, onun-bunun həvəsləndirməsinə də baxmamaq. Bir zaman siz elə bir söz danışırsınız ki, dünyanın bütünlüklə çirkinlik və xəbislikdən ibarət siyasi müşahidəçilərinin hamısının birdən-birə sizə əl çaldığını görürsünüz. Bununla həvəslənməyin, düzgün, məntiqli mübahisə edin, bir sözü dinləyib bir sözü deyin, sonra oturub fikirləşin. Bu, Quranın göstərişidir: "Sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə müjdə ver!" Sözü eşidib ən yaxşısını seçmək lazımdır. Ajiotaj yaratmağın nəticəsi isə gördüyünüz kimi olur. Seçkilərdən öncəki və sonrakı ajiotajın nəticəsi budur; xüsusən də əcnəbi əli müdaxilə etdikdə. Siz hansı dəlil və izahla düşünürsünüz ki, dünyanın təbliğat maşınları İslam Respublikası quruluşunun zərərinə olduğunu düşündükləri hadisələri anbaan nəşr edir və yayırlar?! Bu iş hansı hesabla baş verir?! Bunu düşünmək lazım deyil?! Bunun üzərində araşdırma aparmaq lazım deyil?! Diqqət yetirməsi vacib məsələlər bunlardır.

Seyid Əli Hüseyni Xamenei

Hazırladı:Hədəf14.az


  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News