Tarix : 2018 Jun 22
Kod 55625

İsrail ABŞ-ın xəyanətini “cəsarətli” addım adlandırdı

İsrail rejiminin Baş naziri ABŞ-ın BMT İHŞ-dən çıxma qərarını şərh edib.
Arannews-İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu “Twitter” hesabında ABŞ-ın BMT-ın İnsan Haqları Şurasının (İHŞ) tərkibindən çıxması qərarını şərh edib.

İsrail (ABŞ) prezidenti (Donald) Trampa, dövlət katibi (Mayk) Pompeoya və (BMT-dəki) daimi nümayəndə (Nikki) Heylilə BMT İHŞ-in ikiüzlülük və yalanına qarşı qəbul etdiyi cəsarətli qərarına görə təşəkkür edir.”, - deyə Netanyahu bildirib.

İsrail tərəfinin fikrincə, İHŞ özünü “düşmən, anti-İsrail təşkilatı” kimi tanıdıb.

Xatırladaq ki, daha öncə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ölkəsinin BMT İHŞ-dən çıxdığını bəyan edib


  • Yazılıb
  • da (də) 2018 Jun 22
  • Göndərən مدير سايت Aran News