Tarix : 2018 Jun 21
Kod 55626

XİN: Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Samara şəhərində təşkil edilən brifinqdə deyib.
Arannews-FaktXəbər-iin məlumatına görə, "Report"un müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanlarda Moskvada görüşünün keçirilməsinin mümkünlüyü barədə sualına cavab olaraq Rusiya XİN rəsmisi Rusiyanın münaqişənin həllində istənilən yardımı etməyə hazır olduğunu bildirib."Belə planlar (nazirlərin görüşü) olacaqsa, ölkələrin nümayəndələri bu barədə məlumat verəcəklər. Rusiya böhran vəziyyətində olan nizamlama prosesinə effektiv və konstruktiv töhfə verməsi, həmçinin iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcək. Rusiya üçün bu, çox ciddi məsələdir", - deyə M.Zaxarova vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News