Tarix : 2018 Jun 22
Kod 55627

İnsan hüquqlarını bəhanə edib suveren dövlətlərə hücum edən ABŞ BMT İnsan Haqları Şurasından çıxıdı

ABŞ-ın BMT-ki nümayəndəsi Nikki Xeyli mətbuat konfransında bu barədə açıqlama verib. O bildirib ki, daha bu saxtakar təşkilatda qalmayacaqlar.
Arannews-Təşkilatı tərk etmək səbəbi olaraq insan hüquqlarının pozulmasını əsas gətirən Nikki Xeyli BMT-nin üzvü olaraq qalmaqda davam edəcəklərini də bildirib.

Öz növbəsində Mark Pompeo da Nikkiyə dəstək olub və bu saxtakarlığa dözməyəcəklərini deyib. O bu təşkilatda insan hüquqlarını pozan dövlətlərin də olduğuna dözmədiklərini və insan hüquqlarını qorumaqda lider olduqlarını vurğulayıb. Pompeo həmçinin İsrailə qarşı haqsızlığı qeyd edib və bildirib ki, bu qətnamələrin qəbul olunmaması yolverilməzdir.

ABŞ-ın bu addımına qarşı müxtəlif dövlətlərdən reaksiyalar hgəlib və onlar ABŞ-ın bu qərarının düzgün olmadığını bildiriblər. Lakin İsrail rejimi tamamilə başqa bir mövqe sərgiləyib. Baş nazir Benyamin Netanyahunun mətbuat sözcüləri bildiriblər ki, nazir bu cəsur addımı görə ABŞ-a minnətdardır. Bu saxtakar təşkilatda qalmağa dəymir. Benyamin Netanyahuda öz sosial şəbəkə hesabında buna dəstək olub. ABŞ-ın bu addımını alqışlayıb.


  • Yazılıb
  • da (də) 2018 Jun 22
  • Göndərən مدير سايت Aran News