Tarix : 2018 Jun 22
Kod 55628

Yəməndə təcavüzkarların komandanı öldürülüb

Birləşmiş Ərəb Əmirliklərinin hərbi qaynaqları bildiriblər ki, Səudiyyə Ərəbistanı muzdlularının Yəmənin qərb sahillərindəki komandanı məhv edilib.
Arannews-Əl-Aləm telekanalının bu gün verdiyi məlumata görə, BƏƏ qaynaqlarının bildirdiklərinə görə, dünən gecə Yəmən ordusu raket bölmələri bu ölkənin qərbində Səudiyyə muzdlularının mövqelərinə hücum edərək onların komandanının məhv ediblər.Yəmənli hərbi qaynaq isə bu hücumda onlarla muzdlunun öldürüldüyünü və təcavüzkarların 20-dən çox zirehli texnikasının məhv edildiyi, 10 texnikanın ələ keçirildiyini bildirib. Yəmən ordusu və xalq komitələri həmçinin Səudiyyə hərbçilərinin locestik marşrutlarını Ənnəxliyyə və Əl-Məcilis istiqamətində kəsiblər. Əddərhimidə isə onlarla səudiyyəli hərbi təchizatları ilə bərabər məhv ediliblər. Yəmənli qaynaqlar isə Əsir vilayətində Cəbəl Şəir və Məcarənin qərbində Səudiyyə muzdlularının hücumlarının dəf edilməsindən və bu əməliyyatda bir neçə muzdlunun öldürülməsindən xəbər veriblər. 

Səudiyyə Ərəbistanı Amerikanın himayəsi ilə 2015-ci ildə Yəmənə hücum edi və sonra bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyənin təcavcüzkar əməliyyatları nəticəsində indiyədək Yəməndə on minlərlə sakin ölüb və yaralanıb milyonlarla insan didərgin düşüb


  • Yazılıb
  • da (də) 2018 Jun 22
  • Göndərən مدير سايت Aran News