Tarix : 2018 Jun 22
Kod 55629

Suriyada terrorçular Türkiyə dövləti ilə əlaqələrini ifşa etdilər

Sosial şəbəkələrdə “Türkiyə ordusu ilə selfi” başlıqlı video-götündü yayılıb.
Arannews:nur-az.com-Film Suriyada ən vəhşi və cinayətkar terror qrupu Cəbhətün-Nüsrə ünsürləri tərəfindən paylaşılıb. Videodan məlum olur ki, Cəbhətün-Nüsrə terror qrupu Türkiyə ordusunun Suriyanın İdlib əyalətindəki hərbi bazasını qorumağı öhdəsinə alıb. Bölgəni tanıyan mütəxəssilər bu filmin İdlibin şərqində Təl Tuqan məntəqəsində Səraqib şəhərindən Əbuz-Zuhura gedən yolda çəkildiyini deyirlər.Filmdə çoxlu Cəbhətün-Nüsrə (Təhrirüş-Şam) terrorçularının Türkiyə hərbçilərinin yanında olduğu, zirehli transportyorlar, digər hərbi təchizat və texnika görünür. Qeyd edək ki, Cəbhətün-Nüsrə terror qrupunun Türkiyə dövləti ilə əlaqəsi dəfələrlə ifşa olunub. Bu terror qrupu axrıncı dəfə 9 iyunda özünün Türkiyə ilə ortaq mənafe və məsləhət əlaqələrinin mövcud olduğunu bildirdi.

  • Yazılıb
  • da (də) 2018 Jun 22
  • Göndərən مدير سايت Aran News