Tarix : 2018 Jun 22
Kod 55631

Ermənilər Talış kəndinə qayıtmaqdan ehtiyat edirlər

Elmira Sahakyanın oğlu kənddə müharibə gedən zaman yeddi günlük idi. Talış kəndindən (Tərtər rayonunun kəndi-red) qaçmağa məcbur edilən təxminən 200 ailə ilə yanaşı, onun da evinin və ailəsinin üzərinə top mərmiləri yağdırılırdı.
Arannews-Meydan.tv-Bu, 2016-cı ildə, 20 ildən artıq davam edən Ermənistan və Azərbaycan qüvvələri arasındakı ən ağır münaqişə zamanı baş verib. "Aprel döyüşləri” adlandırılan münaqişələr zamanı 200-dən çox insan öldürülüb və Azərbaycanın silahlı qüvvələri Talışın yuxarısında yerləşən, şəhəri və şəhərə gedən yolu bombalamağa imkan yaradan yüksəkliyi ələ keçirib.Artıq ermənilər Talış kəndini yenidən bərpa edirlər. Onlar yeni evlər, məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi, akt zalı, hətta bəzəkli səkilər tikiblər. Bunların hamısı amerikalı erməni xeyriyyəçi tərəfindən maliyyələşdirilib.İki il keçib, Sahakyanın oğlu körpədir və onun ailəsi hələ də evlərinə qayıtmayıb. Onlar Qırmızı Xaçın yardımı ilə qurulan, təxminən 30 kilometr uzaqlıqda yerləşən məcburi köçkün düşərgəsində yaşayırlar. Onun həyat yoldaşı Talışda xidmət edən əsgərdir. Ona deyilib ki, Azərbaycan tərəfi təhlükə yaradır və ailəsini geri qaytarmasa yaxşıdır. Hökumət dəfələrlə sakinləri əmin etməyə çalışır ki, geri qayıtmaq təhlükəsizdir, ancaq Sahakyan onlara inanmır.

"Onlar bizi aldadırlar, həmişə aldadırlar" –E.Sahakyan deyir.

Talış beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin 1994-cü ildən etibarən etnik erməni qüvvələri tərəfindən idarə olunan, statusu tanınmayan "Dağlıq Qarabağ Respublikası" ilə sərhəd xəttində yerləşir. 2016-cı ildə bura Azərbaycan tərəfindən qısa müddətlik alınıb. Lakin Ermənistan silahlı qüvvələri bir neçə gün ərzində onu geri qaytarıb. Kənd tamamilə məhv edilib.O vaxtdan etibarən Talışın yenidən qurulması ermənilər arasında ciddi bir səbəbə çevrilib. Bu, 2016-cı ildəki itkilərdən sonra simvolik olaraq yenidən dirçəlişi təmsil edir. Bölgənin de-fakto rəhbəri Bako Sahakyan müntəzəm olaraq buranı ziyarət edir və may ayında kənddə müharibədən sonra ilk toy mərasimi keçirilib (baxmayaraq ki, yeni evli cütlük əslində Talışda yaşamır). Bu məsələ erməni mətbuatında da geniş yayılıb.Ancaq mənəvi gücə ehtiyac və erməni dünyasının əsas mövqeyini gücləndirmək məqsədi Talışda yaşamaq məcburiyyətində olan insanların əsas ehtiyacları ilə ziddiyyət təşkil edir."Həyatınız təhlükədədirsə, yeni məktəbin olması nə əhəmiyyət kəsb edir?" Talışdan köçkün düşən iki oğul atası Zora Oqanyan (Zhora Oganyan) soruşur. “İndi onlar kəndin yuxarısındadırlar. Pulemyotlarla, minaatanlarla hücum edirlər, kəndə atəş açırlar. Necə geri dönə bilərik?", - deyə o soruşdu. "Bu təhlükəlidir. Geri dönsəm də, bu, uşaqlarsız olacaq".Rəsmilər Talışda yaşamağın təhlükəsini kiçildirlər. Talışın yenidən qurulmasına nəzarət edən Milli Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan (Vitaly Balasanyan) qeyd edir ki, Dağlıq Qarabağın faktiki paytaxtı olan Stepanakert (Xankəndi) daha təhlükəlidir. Çünki Azərbaycan oranı raketlərlə hədəfə alıb, Talışı isə yalnız toplarla hədəfdə saxlayır. “Eurasianet”-ə müsahibəsində Balasanyan bildirib ki, əgər "lazım olsa" özü ailəsi ilə birlikdə Talışa köçəcək və hər həftə Stepanakertə işləməyə gedəcək."Müharibə zamanı Qarabağda heç bir yer təhlükəsiz deyil", - o əlavə edir.

Levon Apresyan
Levon Apresyan. Fotoqraf:: Joshua Kucera

Hökumətin Talış üzrə xüsusi nümayəndəsi Levon Apresyan “Eurasianet” üçün öz cipi ilə qısa bir gəzinti təşkil edib. O, kəndin ən yüksək nöqtəsində, tərk edilmiş evlərlə əhatə olunmuş kələ-kötür yolda boş bir sahəni göstərərək deyib:"Onların indi bizə baxdığını görə bilərsən. Ancaq daha öncə onlar burda olmayıb. Əlbəttə ki, bu təhlükədir. Ancaq biz fikir vermirik. Biz qururuq, burada yaşayacağıq. Bu, bizim torpağımızdır, bizim evimizdir".Apresyan insanların geri qayıtmaqdan qorxduğunu təkzib edib:“İnsanlar əvvəllər qorxurdu. Bomba dolu kimi düşürdü, amma onlar artıq qorxmurlar".Hazırda təxminən 30 nəfər, əsasən əsgərlər və tikinti işçiləri Talışda yaşayırlar. Apresyan isə deyir ki, təxminən 250 nəfərin geri qayıdacağını gözləyir.Hökumət 1 sentyabrı növbəti tədris ilinin ilk günü elan edib. Bu tarixdə məcburi köçkünlərin əksəriyyətinin geri qayıtmasını gözləyirlər.Apresyan qeyd edib ki, Talışın təhlükəsizliyini təmin etmək üçün mülki əhali vacibdir:"Əgər burada mülki vətəndaşlar yaşamasa və Azərbaycan əsgərləri buraya baxıb heç kimin yaşamadığını görsələr, bu, onları təşviq edəcək ki, daha da irəli getsinlər. Buna görə biz torpaqlarımızı insansız qoya bilmərik. Torpağı insanlar saxlayır".Talış kəndindəki yeni tikililərin hamısının üzərində erməni və ingilis dilində yenidənqurma işləri üçün 5 milyon dollar hədiyyə edən Kaliforniyanın süd məhsulları üzrə maqnatı Antraniq Bağdasaryan (Antranig Baghdassarian) tərəfindən maaliyələşdirildiyi qeyd edilən lövhələr var.Bu məqalə üçün müsahibə verməkdən imtina edən Bağdasaryan bu yardımı "Hayastan All-Armenia" fondu vasitəsilə hədiyyə edib. Bu fond Ermənistanda və Dağlıq Qarabağda inkişaf layihələri üçün bütün dünyada diaspor qruplarının təklif etdiyi yardımları koordinasiya edən bir çətir təşkilatdır. Fond yenidənqurma cəhdlərini "Talışın Dirçəliş Lahiyəsi" adlandırıb.

"Bu, yeni qayıdışın simvoludur. Silahla deyil, müsbət yenidən qurma ilə, bu torpaqda yeni ailələr görməklə” - fondun Layihələr və Xarici Əlaqələr Şöbəsinin rəhbəri Vardan Partamyan (Vardan Partamyan) bildirib.

Talış həmiçinin, ermənilər üçün tarixi əhəmiyyət kəsb edir. Bura İran Səfəvi imperiyasının bir hissəsi olan "beş məliklik” feodal padşahlıqlarından biri olub.Lakin 19-cu əsrə qədər yüksək dərəcəli muxtariyyətlə ermənilər tərəfindən idarə olunub."Talış tarixinin əhəmiyyətini anlamaq üçün qeyd edim ki, erməni dünyasının bu hissəsi öz dövlətçiliyi olan son bölgə idi" - Dağlıq Qarabağın faktiki ombudsmanı Ruben Melikyan (Ruben Melikyan) qeyd edib: - “Bu, tarixi, mədəni baxımdan əhəmiyyətlidir. Ona görə bu kənd bizim üçün çox vacibdir".

Müharibədə məhv edilmiş digər kənd Mataqisə eyni diqqət göstərilməyib, çünki Talış ilə eyni rezonans yaratmır. Melikyan bildirib ki, ora eyni tarixi və mədəni əhəmiyyətə malik deyil: “Ona görə də çox ictimailəşdirildiyini görmürsünüz. İnsanlar Talışa çox maraq göstərirlər".Partamyan yenidənqurma simvolu ilə real aspektlər arasında gərginlik olduğunu qəbul edir:“İnsanlardan vətənpərvərlik etməsi üçün çox şey istəyə bilərsən və deyə bilərsən ki, bu, Ermənistan sərhədidir, insanların sərhəddə yaşaması vacibdir. Ancaq onlar insandır, təhlükəsiz və normal həyat yaşamaq istəyirlər".Yenə də o iddia edib ki, qeyri-təhlükəli vəziyyət yaranıb:"Cəmiyyətdən eşitdiyim bir müsbət şey var ki, son iki-üç ayda nisbətən sakitlik olub. Silahların intensiv şəkildə istifadə olunması 2016-cı ildə və 2017-ci ilin bəzi dövrlərində əhəmiyyətli dərəcədə çoxalırdı. Beləliklə, siz yalnız kiçik silah atəşinə məruz qalmırdınız, həmçinin raket atıcılarının, qumbaraatanların, böyük ölçülü pulemyaların hədəfinə tuş gəlirdiniz. Lakin son zamanlarda nisbətən sakitlik var ".Bu etibarlılıq Talışdan qaçqın düşən insanların, o cümlədən Sahakyan və Oqanyanın yaşadığı düşərgədə, Alaşanda təmin edilir. Təxminən 175 keçmiş Talış sakini Alaşanda yaşayır. Bəziləri istifadə olunmayan hərbi xəstəxanalarda, digərləri isə yaxınlıqda tikilmiş müvəqqəti yarımfabrikat evlərdə yaşayırlar. Qırmızı Xaç onları inək, donuz, arı və əkinçiliyə başlamaları üçün toxumla təmin edib."Qırmızı Xaç bizə kömək edən yeganə qurumdur. Hökumət heç nə etmir" - sakinlərdən biri Gürgen Qukasyan (Gurgen Ghukasyan) bildirib. Alaşanda aparılan sorğulardan məlum olub ki, heç kim Talışa qayıtmaq istəmir. "Biz hələlik burada yaşayacağıq. Bizim suyumuz, bağımız var", - deyə Sahakyan əlavə edib."Biz hələ bilmirik", – adını qeyd etməməyimizi xahiş edən gənc analardan biri bildirib: - “Azərbaycan silahlı qüvvələri orada olduğu müddətdə təhlükəlidir".

 Mənbə: Eurasianet


  • Yazılıb
  • da (də) 2018 Jun 22
  • Göndərən مدير سايت Aran News