Tarix : 2018 Jun 23
Kod 55640

Bəşər Əsəd: ABŞ-la müzakirə vaxt itkisidir

Rusiyanın NTV kanalına müsahibə verən Suriya dövlət başçısı Bəşər Əsəd deyib: Amerika ilə müzakirə aparmağın heç bir faydası yoxdur və vaxtı tələf etməkdir. Çünki onlar təzyiq qruplarının əsiridirlər.
Arannews- əl-Aləmə istinadlı məlumatına əsasən, o deyib: Rəsmi Dəməşq bu fikirdədir ki, hər hansı bir dövlətlə müzakirə faydalı və səmərəli olmalıdır.
Jurnalistin verdiyi "Siz ABŞ prezidenti Donald Trampla birbaşa və ya nümayəndələrlə danışıqlara və ya görüşə hazırsınızmı?" sualına belə cavab verib: Biz ABŞ-la 1974-cü ildən müzakirələrdən heç bir şey əldə etməmişik. Heç bir dəyişiklik baş verməyib.
O əlavə edib: Problem buradadır ki, Amerika prezidentləri lobbilər, böyük media, maliyyə, neft və silah şirkətləri kimi təzyiq qruplarının əsirləridirlər. Nəticədə, onlar sizin eşitmək istədiyinizi deyə bilərlər, amma əksinə əməl edəcəklər.
Tramp buna açıq-aşkar nümunədir. Buna görə, Amerika ilə dialoq bir nəticə olmayacağı üçün, vaxt itkisidir. Amerikanın xarici siyasəti dəyişilməyəcək.

  • Yazılıb
  • da (də) 2018 Jun 23
  • Göndərən مدير سايت Aran News