Tarix : 2018 Jun 23
Kod 55641

Qəzzada 200-dən çox fələstinli yaralandı

Fələstin KİV-i Qəzza zolağında sionistlərin hücumu nəticəsində 200-dən çox etirazçının yaralandığını xəbər veriblər.
Arannews-əl-Aləmə istinadlı məlumatına əsasən, Fələstininin Qəzza zolağının əhalisindən yüzlərlə şəxs ötən həftələrdə olduğu kimi, bu həftə də "Böyük qayıdış" yürüşündə iştirak etmişdir.
Onlar Qəzza zolağı ilə işğalçı İsrailin ərazilərinə yaxın yerdə etiraz şüarları səsləndiriblər.
Bu zaman işğalçı rejim olan İsrail hərbçiləri ötən dəfələrdə olduğu kimi etirazçılara atəş açmışlar.
Fələstinin Qüds kanalının Qəzza Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata əsasən, sionist hərbçilər 206 nəfəri yaralamışlar. Onların əksəriyyəti güllə ilə yaralanmışlar.
Qəzza Səhiyyə Nazirliyi 120 nəfəri klinik müalicə etmiş və 7 nəfərin vəziyyətinin ağır olduğunu bildirmişdir.
Qəzzanın bu günkü yürüşü "Yaralılara vəfadarlıq" adlandırılmışdı. Yürüşdə iştirak edənlər, işğalçı rejim olan İsrailə etirazlarını gələn həftə də davam etdirəcəklərini bildirmişlər.


  • Yazılıb
  • da (də) 2018 Jun 23
  • Göndərən مدير سايت Aran News