Tarix : 2018 Jun 23
Kod 55642

Trampın sionist kürəkəni yenidən Səudiyyədə – Fələstinlə bağlı yeni plan nə yerdədir

ABŞ tərəfi bildirir ki, Donald Trampın müşaviri və kürəkəni Carid Kuşner Yaxın Şərq səfərində Səudiyyə, Misir və İsrailə baş çəkməklə Fələstin və İsrail münaqişəsinin yoluna qoyulmasında, sülhün bərqərar edilməsi zəminində danışıqlar aparır. Amma…
Arannews-Donald Trampın sionist kürəkəni və müşaviri Ağ Evin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblətlə birgə Yaxın Şərq səfəri çərçivəsində Səudiyyədən sonra Misirə və daha sonra isə İsrailə yollanıb.ABŞ tərəfi bildiri ki, ər-Riyadda Səudiyyənin vəliəhdi ilə Fələstin-İsrail münaqişəsi müzakirə edilib.Mətbuata bəlli olan budur ki, Ağ Ev İsrailin mühasirəsində qalan qalan Qəzzaya humanitar yardımların verilməsi məsələsində bir milyard dolların sərf edilməsini və bunun da Səudiyyə və Qətər tərəfindən təmin edilməsini gündəmə gətirib.

Qeyd edək ki, ABŞ özü iki ay öncə İsrail mühasirəsində qalan Qəzzaya BMT çərçivəsində (UNRWA) verdiyi yardımı da dayandırmışdı.ABŞ və ərəb mediası Səudiyyə və Misirdə baş tutan görüşlərlə bağlı bundan artıq məlumat vermir.Lakin ekspertlər, Qüdsü İsrailin paytaxtı elan edən Donald Trampın inadını nəzərə alaraq, onun bölgədə Fələstin-İsrail münaqişəsi ilə bağlı qorxunc planı həyata keçircəyi xəbərdarlığını verirər.Ekspertlər bildirir ki, Trampı bu mərhələdə “Əsrin sazişin”i həyata keçirməyə cürətləndirən əsas amil onunla müttəfiq olan bölgədəki totalitar ərəb rejimlərinin mövqesizliyidir.Məlumata görə, “Əsrin sazişi” planı ərazi mübadiləsi vasitəsilə, fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara məhdud səlahiyyətli dövlət statusu verməkdən ibarətdir.Belə ki, İsrail Nəqib səhrasında Misirə ərazi verir, Misir də fələstinliərin yerləşdirilməsi üçün Sina Yarımadasında ərazi ayırır. Yeni yaranacaq bu Fələstin dövlətinə ilk mərhələdə öz infrastrukturasını qurmaq üçün 10 milyard dollar (Körfəz ərəb dövlətləri tərəfindən) verilir. Plana əsasən İsrail Misirə dinc nüvə enerjisi, neft-qaz sənayesi, kənd təsərrüfatı və sair strateji zəminlərdə yardım göstərəcək. Daha sonra isə planın sonuncu mərhələsi kimi İsraillə ərəb dövlətlərinin əlaqələri normallaşması üçün addımlar atılacaq (Yəni yerdə qalan ərəb dövlətləri İsraili dövlət kimi tanıyacaq və onunla diploimatik əlaqələr quracaq)Məlumata əsasən ötən ildən başlayaraq ABŞ və Səudiyyə fələstinlilərə müxtəlif yollarla təzyiqlər göstərirlər ki, İsraillə “daimi sülhü” təmin edən bu planı qəbul etsinlər. Amma fələstinlilər buna boyun qoymurlar. Məhz buna görədir ki, ABŞ prezidenti birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edib və səfirliyini də oraya köçürüb. Bu o deməkdir ki, fələstinlilərin israr və müqaviməti davam edərsə Trampın inadı da davam edəcək.


  • Yazılıb
  • da (də) 2018 Jun 23
  • Göndərən مدير سايت Aran News