Tarix : 2018 Jun 24
Kod 55649

"Biz onu xalqını sevәn qәhrәman olaraq tanıdıq"

Müsəlman Birliyi Hərəkatının idarə heyəti Tale Bağırzadəni doğum günü münasibəti ilə təbrik edib

Arannews-Rakurs TV-ə daxil olan təbrik məktubunu olduğu kimi təqdim edirik:"Səninlə qürur duyuruq azadlıq carçısı.Hər kəs bu dünyada bir tale, bir ömür cizgisi çəkərək müvəqqəti həyatı yaşayıb axirət səfərinə istiqamət alır. Kimi özündən sonra ali bir şəxsiyyət xatirəsi yaşadınca, kimisi əbədi nifrətin tam ləngəri olaraq tarix səhifələrində həkk olur. Tarixin kiminin şanlı simasını sevgi, kiminin isə yırtıcı varlığını nifrətlə anacağı şübhəsizdir.Biz onu xalqını, millətini, dinini sevən, sönməz məşəl kimi varlığını insanlıq uğrunda yandıran bir qəhrəman olaraq tanıdıq. Və bu atəşin ətrafına 2015- ci ilin 13 Yanvarında, Müsəlman Birliyi Hərəkatın təsis olunması zamanında toplandıq. Heç şübhəsiz o, hərəkat qurulmazdan öncə də öz şəxsiyyətinin imzasını çəkmiş bir insan idi. Lakin təşkilatlanaraq fəaliyyətə başlamağımız, bizim uzaqdan tanıdığımız bu dəyərli şəxsiyyətin böyük potensialını seyr etməklə bərabər, insanlığında zəngin ilahi keyfiyyətləri yaxından müşayət etməmizə səbəb oldu.O, sınmaz ruhiyyə, mətin iradə və xeyirxahlığı ilə çox gözəl insan, səmimi dost və dəyərli qardaşdır. Onun varlığını seyr etmək imkanı olan şəxslər xaric, bütün Azərbaycan insanı onun varlığında təkcə nəzəri deyil, praktiki şəxsiyyəti tanımaq üçün hələ çox imkanları olcağına əminik.Gözəl insan! Səni həyatnın növbəti, 8-ci ilinin doğum gününü qeyd etdiyin azadlıq və mübarizə sənədi olaraq fəxrlə gəzdirdiyin həbsxana həyatında 34-cü ad gününü səmimi qəlbdən təbrik edirik. Sən azadlıq carçısı olduğundan sənə azadlıq deyil, İlahi dərgahın ən ali məqamına yüksəlməyi arzu edirik. Yanında üzürlüyük, nə sənə yetmək bizim gücümüzdə deyil (bizi də həbsxana divarları bir birimizdən ayrı salıb) nə də sənin yanına yetişmək imkanımız var (Qobustan həbsxanası səni də ağuşuna almışdır). Lakin yenidən bir arada, hərəkatın ideyaları daxilində fəaliyyətimizi davam etdirəcəyimiz o günün gələcəyinə inanır və o şanlı gündə sevincli təbrikləri xalqımıza çatdıracağımıza əminik. Səni bir daha təbrik edirik dəyərli qardaşımız Hacı Tale Bağırzadə.Müsəlman Birliyi Hərəkatının idarə heyəti".

  • Yazılıb
  • da (də) 2018 Jun 24
  • Göndərən مدير سايت Aran News