Tarix : 2018 Jun 24
Kod 55652

Bin-Salman Benyamin Netanyahu ilə görüşüb – İsrail qəzeti

“İsrail baş naziri Benyamin Netanyahu İordaniyaya səfəri zamanı Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla ikitərəfli görüş keçirib.”

Arannews-Qəzet bildirib ki, görüş cari həftənin bazar ertəsi günü İordaniyada kral İkinci Abdullahın qəsrində baş tutub.Qəzetin siyasi eksperti Jaki Huci yazıb ki, Bin-Salman Trampın kürəkəni Carid Kuşnerin İordaniyaya səfəri zamanı Benyamin Netenyahunu gözləyib və onların görüşü kral İkinci Adbullahın sarayında baş tutub.Tərəflər arasında birbaşa təmasların olduğunu bildirən siyasi ekspert vurğulayıb ki, bu təmaslar kral İkinci Abdullahın vasitəçilyi ilə də olub və vasitəsiz də baş tutub.Səudiyyə tərəfi hələ bu məsələyə münasibət bildirməyib.Qeyd edək ki, Səudiyyənin bir sıra sabiq Kəşfiyyat rəsmilərinin İsrail rəsmiləri görüşüb , bölgədə “İran təhlükəsi” və ona qarşı vahid cəbhə təşkil etmək haqda müzakirələr aparması bir neçə dəfə təsdiqini tapıb. Lakin bu ilk dəfədir ki, Səudiyyə Ərəbistanı rejiminin bir nömrəli şəxsinin İsrailin baş naziri ilə görüşü haqda məlumat yayılır.

  • Yazılıb
  • da (də) 2018 Jun 24
  • Göndərən مدير سايت Aran News